İran Pakistana hücum etdi: 2 uşaq öldü   - Yeni müharibə?..

saytların hazırlanması

Evə çatdırılma

İran Pakistana hücum etdi: 2 uşaq öldü - Yeni müharibə?..

Dünya

17 Yanvar 2024 09:20 547


İranın Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, hücum nəticəsində üç qız yaralanıb. Toyuqlu pizza

XİN qeyd edib ki, İran silahlı qüvvələrinin Pakistanın hava məkanını əsassız şəkildə pozmasını və ölkə ərazisi daxilində iki günahsız uşağın ölümü, üç qızın isə yaralanması ilə nəticələnən zərbəni qətiyyətlə pisləyir. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər.

“Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin belə açıq şəkildə pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!