İran parlamentinin sədri: “ABŞ bizdən güclüdür”

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentinin sədri: “ABŞ bizdən güclüdür”

Dünya

19 Aprel 2026 14:12 639


İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

M.B.Qalibafın sözlərinə görə, ABŞ-nin daha çox maliyyə imkanları, avadanlıq və resursları var, həmçinin dünyada çoxsaylı hərbi əməliyyatlar apardığı üçün daha geniş təcrübəyə malikdir. pizza mizza

İran parlamentinin sədri qeyd edib ki, Tehran müharibəni asimmetrik strategiya ilə apararaq düşməni geri çəkilməyə məcbur edib. Onun fikrincə, ABŞ və İsrail resurslara malik olsa da, səhv strategiya seçib və həm İranın hərbi imkanlarını, həm də xalqın reaksiyasını düzgün qiymətləndirə bilməyib.

M.B.Qalibaf əlavə edib ki, İran düşməni tam məhv etməyib və onların hələ də silah və maliyyə resursları var, lakin siyasətçinin sözlərinə görə, strateji baxımdan İran qarşısında məğlubiyyətə uğrayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!