"Sionist rejimin (İsrail - red.) Livana təkrar hücumları ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulması, aldatmanın təhlükəli bir əlaməti və mümkün olan hər hansı bir razılaşmaya əməl etmək istəməməsidir".
"Yeni Sabah" xəbər verir ki, bunu sosial şəbəkə hesabında İran Prezidenti Məsud Pezeşkian yazıb.
O əlavə edib: "Bu hücumların davam etdirilməsi danışıqları mənasız edəcək, əllərimiz tətikdə qalacaq və İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək". pizza mizza
Xatırladaq ki, rəsmi Tehran ABŞ ilə 10 bəndlik razılaşmaya Livana hücumların dayandırılması barədə bəndin daxil edildiyini də bəyan edib.
Telegram kanalımız