İran Prezidentindən dünyaya açıq mesaj

saytların hazırlanması

Evə çatdırılma

İran Prezidentindən dünyaya açıq mesaj

Siyasət

04 Aprel 2026 08:59 475


İran Prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə səslənərək Fars körfəzindəki gərginlik fonunda tərəflərin mövqeyinə qiymət verilməsini istəyib.

"Yeni Sabah" xəbər verir ki, Pezeşkian X sosial şəbəkəsində etdiyi paylaşımda Tehranla Vaşinqton arasında münaqişənin diplomatik yolla həllinə kimin daha sadiq olduğunu sual edib.

O bildirib ki, ABŞ xalqına açıq məktub ünvanladığı vaxt İranın xarici siyasət üzrə strateji şurasının rəhbərinə qarşı sui-qəsd cəhdi baş verib və hadisə nəticəsində həmin şəxsin həyat yoldaşı ölüb. pizza sifarişi

İran prezidenti vurğulayıb ki, yaranmış vəziyyətdə beynəlxalq ictimaiyyət dialoqu və danışıqları hansı tərəfin dəstəklədiyini, terrora isə hansı tərəfin yol verdiyini aydın şəkildə görməlidir.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!