"İran Rusiyadan taxıl idxalını artırmaq niyyətindədir".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bildirib.
Səfir əlavə edib: pizza mizza
“Hər il 20 milyon tondan çox taxıl və yağlı bitkilər almaq mümkündür”.
Onun sözlərinə görə, İranın son illər siyasəti müəyyən qrup kənd təsərrüfatı məhsullarını Rusiyadan almaq olub və 2021-ci ildə Rusiyadan 7 milyon ton taxıl idxal edən İran bu məhsulların Rusiyadan idxalında birinci yerdədir:
"Bu il də bu proses genişləndiriləcək. Ümumiyyətlə, İranın Rusiyadan hər il 20 milyon tondan çox taxıl və yağlı bitkilər idxal etmək gücü var".
Telegram kanalımız