İran Rusiyaya nota verdi

saytların hazırlanması

Evə çatdırılma

İran Rusiyaya nota verdi

Dünya

24 Dekabr 2023 21:40 675


Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.

Qeyd olunub ki, müvəqqəti vəkilə etiraz notası verilib. Belə ki, forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsi predmeti olan Fars körfəzindəki üç adanın mülkiyyətinə toxunulub. Pepperoni pizza

Halbuki, forumun sessiyasında iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri xüsusilə Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllinə nail olmaq üçün irəli sürülən təşəbbüslər və səylərə dəstəyi vurğulayıblar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!