İranın Bakıdakı səfiri Abbas Musəvi Azərbaycanın Birinci vitse-prezidentinin xüsusi köməkçisi Elçin Əmirbəyovla görüşüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, səfir beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi ilə bağlı ölkəsinin mövqeyini bir daha izah edib.
O vurğulayıb ki, İran hökuməti Tehranda ikitərəfli, üçtərəfli, habelə "3+3" regional təşəbbüsü çərçivəsində görüşlərin keçirilməsinə və Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün şimal qonşularına kömək etməyə hazırdır. pizza mizza
Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Qafqaz regionu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Telegram kanalımız