İran səfiri İsrail səfirinə Təbriz haqqında kitabı oxumağa “icazə vermir“

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri İsrail səfirinə Təbriz haqqında kitabı oxumağa “icazə vermir“

Siyasət

25 İyul 2022 17:26 1005


Sosial şəbəkələrdə İsrail və İranın Azərbaycandakı səfirlərinin ətrafında qəribə diplomatik qalmaqal baş verir.

Qalmaqal iyulun 20-də İsrail səfiri Corc Dik ona hədiyyə edilmiş Təbriz haqqında kitab barədə Tvitterdə məlumat yaydıqdan sonra baş verib. Kitabda Azərbaycan tarixi və İranın şimalında yerləşən bu şəhərin mədəniyyətindən danışılır.

Bu tvit İran səfiri Seyid Abbas Musəviyə ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib: "Bu macəraçı oğlanın məlumatı üçün: bizim sevimli İran şəhərimiz Təbriz İranın qürurlu tarixində BİRİNCİLƏRİN torpağı kimi tanınır. Görünür, bu BİRİNCİ bədxah sionist qısqanc Təbriz xalqı tərəfindən dəfn ediləcək. Heç vaxt bizim qırmızı xəttimizi keçməyin!” pizza sifarişi

Bu gün İran səfirinin Tehrana getdiyi və xarici işlər naziri Abdullahian ilə görüşdüyü məlum olub. İran tərəfinin məlumatına görə, səfirə Azərbaycanla münasibətləri bundan sonra da "möhkəmləndirmək" tapşırılıb. Görünür, Tehranda hesab ediblər ki, Təbrizin Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri olması faktına etinasızlıq Bakı və Tehran arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Bu arada, Tvitterdə İsrail səfirinə dəstək kampaniyası və Təbrizin tarixinə dair kitabı almaq çağırışları başlayıb. Eyni zamanda, İran tərəfinin hərəkəti "diplomatiyanın təhqir olunması" kimi qiymətləndirilib.

*Təbriz Cənubi Azərbaycanın mərkəzidir, əhalisi əsasən azərbaycanlılardır. İranda 30 milyona yaxın etnik azərbaycanlı yaşayır.

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!