İran səfiri rəqib diplomatı hədəfə aldı:   “Fitnə və təfriqə salmaq istəyir”

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri rəqib diplomatı hədəfə aldı: “Fitnə və təfriqə salmaq istəyir”

Siyasət

28 İyul 2022 21:14 2015


"İki ölkə arasında münasibətlər istiləşdikcə üçüncü tərəflər sui-qəsd və təxribatları gücləndirməyə çalışır, lakin hər dəfə uğursuzluğa düçar olurlar".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.

O əlavə edib: "İran və Azərbaycan iki dost, qardaş və müsəlman ölkədir və həmişə bir-birindən razılıq və hörmətlə yanaşıb".  pizza hut

Səfir münasibətlərin yaxşılaşdırılması məqsədilə iki ölkənin rəsmi şəxslərinin, parlament nümayəndə heyətlərinin səfərlərini də xatırladıb.

A. Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin son tvitlərinə işarə edərək deyib: "Sionist rejim ölkələrin işlərinə qarışmaq, fitnə və təfriqə salmaq istəyir".

Xatırladaq ki, C.Dikin "Təbrizin möcüzəvi nağılları" kitabı ilə paylaşımından sonra 2 diplomat sosial şəbəkə hesablarında şifahi duelə çıxıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!