"Tehranla Bakı arasında əlaqələr güclüdür".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.
O əlavə edib: "Xarici dairələr iki ölkə arasındakı münasibətləri poza bilməz". Marqarita pizza
"İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hər zaman iki qonşu olaraq çox yaxşı, yaxın və səmimi münasibətlər olub, həm bizim, həm də Azərbaycan Respublikası rəsmiləri bilir ki, bu münasibətlərin dostları, düşmənləri və bədniyyətləri var. Son zamanlar bəzi media orqanları və sosial şəbəkələrin iki ölkə arasındakı münasibətləri soyutma cəhdləri müşahidə olunur. Amma kənardan qidalananlar iki ölkə arasındakı dostluq əlaqələrini poza bilməz. Biz və Azərbaycan Respublikası hökuməti bu oyunu İran və Azərbaycan Respublikasının, iki millətin xeyrinə olmayan bəzi şəxslərin hazırladığını bilirik", - deyə səfir qeyd edib.
Bu yaxınlarda Bakıda keçirilən Azərbaycan Respublikası, İran və Türkiyə təhill mərkəzlərinin üçtərəfli görüşünə toxunan Abbas Musəvi vurğulayıb: "Bu görüşdə bütün bu məsələləri araşdırdıq və hamımız başa düşdük ki, işdə üçüncü tərəflərin barmağı var. İran və Azərbaycan xalqları bir-birinə doğma və qardaşdır, Aras çayının hər iki sahilində qohumluqla bağlı ailələr yaşayır. Başqalarının iki millətə qarşı kobud açıqlamalarına tezliklə son qoyulacaq.
Prezidentin köməkçisi və Prezidenti Aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə siyasi, iqtisadi və mədəni mövzularda keçirdiyi son iki görüş və danışıqlardan bəhs edən səfir aydınlıq gətirib:
"İkinci görüşdə Azərbaycan Prezidenti İlham Əliyevdən İran İslam Respublikasının Prezidenti İbrahim Rəisiyə çox dost, sevgi dolu və çox strateji mesajlar verən yaxşı açıqlamalar verildi".
İrandan yanacaq dolu yük maşınlarının Qarabağa yollanması ilə bağlı məsələyə Abbas Musəvi bu izahı verib:
"Məsələ araşdırıldı və bəzi nəqliyyat şirkətlərinin bu mövzuda özbaşınalıq etdiyi məlum oldu və onlara xəbərdarlıq edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməlidir".
İran səfiri bölgədə istənilən işğal və separatçılığın ölkəsində qınandığını, İran Ali Rəhbərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmalı və Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərin Azərbaycan Respublikasına qayıtmalı olduğunu açıq şəkildə bəyan etdiyini xatırladıb.
Səfir, həmçinin İslam Respublikasının Azərbaycan Prezidentinin altı tərəfli regional əməkdaşlıq təşəbbüslərini alqışlayan ilk ölkə olduğunu vurğulayıb.
Abbas Musəvi qonşu dövlətlərlə əlaqələrin yeni hökumətin xarici siyasətində prioritet olacağını da qeyd edib.
Telegram kanalımız