İran səfirliyindən sərhədlərin bağlanması xəbərinə REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

İran səfirliyindən sərhədlərin bağlanması xəbərinə REAKSİYA

Siyasət

01 İyul 2022 12:00 2072


Sosial şəbəkələrdə iyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verildiyinə dair məlumat paylaşılıb. Məlumatda Naxçıvan istiqamətində də sərhədlərin bağlı olacağı bildirilib.

Mövzu ilə bağlı Sfera.az-ın sorğusuna cavab verən İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, yayılan məlumatdan xəbərləri var və hazırda məsələ araşdırılır.

“Təxminən bir saat olar ki, belə bir məlumatların yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”. pizza hut

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədərini açmayıb. İran isə xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi.

Bundan başqa, Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi. Bir neçə gün əvvəl yayılan məlumata görə, quru sərhədini keçmək üçün tələb olunan xüsusi icazələr ləğv edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!