“İran şirdən 1980-ci ildən imtina edib“ - Elçin Mirzəbəyli

saytların hazırlanması

Evə çatdırılma

“İran şirdən 1980-ci ildən imtina edib“ - Elçin Mirzəbəyli

Siyasət

22 Sentyabr 2021 16:23 1116


Bir neçə gün öncə İranın dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amilinin cümə xütbəsində Azərbaycanı təhtid etməsi etirazlara səbəb olub. Cəmiyyətin müxtəlif kəsimlərini təmsil edən şəxslər Amiliyə cavab versələr də, Azərbaycan dindarları tanınmış simalar susqunluq nümayiş etdirirlər.

Hər kəsi maraqlandıran sual isə budur: dindarlar niyə susur, nəyə görə Amiliyə cavab vermək istəmirlər?

Siyasi ekspert Elçin Mirzəbəyli məsələ ilə bağlı Yenisabah.az-a danışıb. O, fars-molla rejiminin Azərbaycan Respublikasına yönəlik sərsəmləmələrini adətən Amilinin dilindən səsləndirildiyini vurğulayıb: Dördpendirli pizza

“Amili İran İslam Respublikası adlanan ölkənin ali dini rəhbərinin “Ərdəbil ostanı”ndakı nümayəndəsidir. Fars-molla rejimi Azərbaycan Respublikasına yönəlik sərsəmləmələrini adətən onun dilindən səsləndirir. Bir qayda olaraq, xütbələrində “cəh-cəh” vuran Amili Azərbaycanı və azərbaycanlıları hədəfə alanda rejim tərəfindən əlinə verilən kağızdan höccələyir.

Yenə bir kağız parçasını veriblər əlinə, o da dili dolaşa-dolaşa bir-iki cümləlik söz yığınını havaya üfürüb, qurşaqdan aşağı düşüncəsinə görə, fars-molla rejiminin bəsit tapıntısını bərkdən höccələməklə böyük “qəhrəmanlıq” nümayiş etdirib.

İran Həsən Amilinin vasitəsi ilə bizə tövsiyyə edib ki, “şirin quyrğu ilə oynamayaq”. İran İslam Respublikası 1980-ci ildən “şiri-xurşid”dən imtina edib və sözügedən ölkənin gerbi Allah kəlməsidir, hərçənd ki, bu rəmz altında həyata keçirilən siyasətin də Yaradanın buyurduqları ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur”.

Ekspert Həsən Amili və onun konspekt ötürənlərinə Azərbaycan tarixi ilə bağlı bir sıra məqamların xatırladılmalı olduğunu bildirib:

“Şir rəsminin Azərbaycan dövlətçiliyinin ayrılmaz hissələri olan Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının dövlət rəmzi olduğunu İran adlanan ölkənin erməni yanlıları bilməmiş deyirlər. İndi həmin İrəvan xanlığının ərazisində İran İslam Respublikası adlanan dövlətin fars-molla rejiminin quyruq buladığı Ermənistan adlı ölkə yerləşir. Onlar İrəvan qalası da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında mövcud olan bütün izləri, o cümlədən “Günəş və Aslan”ın izlərini də silibllər. Məscidləri yerlə bir ediblər. Həmçinin işğaldan azad etdiyimiz ərazilərdə də tarixi, mədəni və dini abidələri uçurublar, müqəddəs məkanlarımızda donuz saxlayıblar. Amilinin təmsil etdiyi rejim isə bütün bu illər boyu müsəlmanların qürurunu aşağılayanları, onlara zülm edənləri dəstəkləyib, işğalı davam etdirmələrinə yardım edib və quyruq bulayıb. Bu rəzalət hələ də davam etməkdədir.

“Şirin quyruğu ilə oynamağa” gəldikdə isə, əslində bu da problem deyil. Necə olsa öz şirimizdir, başına sığal da çəkərik, quyruğu ilə də oynayarıq. Problem donuzun quyruğu ilə oynamaqdır. Həm də donuzun quyruğu, çox qısa olur... Ehtiyatlı olun, bulaşarsınız!”

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!