“İran texnologiyalarının tətbiqini təklif edirik“ - Şahin Mustafayev

saytların hazırlanması

Evə çatdırılma

“İran texnologiyalarının tətbiqini təklif edirik“ - Şahin Mustafayev

İqtisadiyyat

15 Mart 2019 18:27 1134


Azərbaycan ilə İran arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.

"Yeni Sabah" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında deyib..

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-ni İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları alıb: "Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədilə qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və aqrar ticarət sahəsində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında Saziş"in imzalanmasını təklif edirik. Pepperoni pizza

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd isə bildirib ki, İran-Azərbaycan arasında Hökumətlər Komissiyanın 13-cü iclasında kənd təsərrüfatı sahəsində torpaqların müştərək istifadə olunması barədə razılıq əldə edilib.

O həmçinin bildirib ki, ikitərəfli ticari, iqtisadi əlaqələrin genişləndirilməsində əsas məqamlardan biri müştərək şirkətlərin qurulmasıdır. "Bununla bağlı müəyyən razılıqlar əldə etmişik".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!