İranın ötən gün Qafanda açdığı konsulluq binasının görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Yenisabah.az xatırladır ki, “Azatutyun”un hazırladığı reportajdan sonra bir çox sosial şəbəkə istifadəçiləri konsulluq binasını mal tövləsinə bənzədərək hadisəni gülüş obyektinə çeviriblər.
Situasiya fərqli olsa da, mahiyyət eynidir. Çünki Qarabağdan unitazını belə götürüb gedən ermənilərin 30 ildən çox hansı şəraitdə yaşaması, bundan məmnun qalaraq eyni “gözəllik”ləri Zəngilan, Qubadlı, Laçın və bir zamanlar digər işğalda olan ərazilərimizdə həyata keçirməsi isə bizə yad bir mənzərə deyil. Dominos pizza
Qısacası, özünə rəva bildiklərini indi də fars qardaşlarına rəva bilən ermənilər 10-15 günə hansısa bir tövləni tapıb, təmir edib konsulluq yaradaraq guya hansısa siyasi manevr etməyə çalışır.
Ermənistan sərhədini “özünün qırmızı” xətti olaraq görən cənub qonşumuz isə bu “hədiyyə”dən sonra bir az düşünsə, yaxşı olar. Çünki tövlədə aparılan “Heyvanıstan” siyasətinin yekununda nələrin olduğunu bilirik.
Həmin tikilinin suvağının qurumasını gözləmədən lentini kəsməyə nə ehtiyac vardı?


Telegram kanalımız