“İran üzr istəsə, proses dəyişə bilər” 

saytların hazırlanması

Evə çatdırılma

“İran üzr istəsə, proses dəyişə bilər” 

Siyasət

01 Avqust 2023 15:49 1016


Xəbər verdiyimiz kimi, uzun müddətdir qondarma ittihamlarla İranda həbsdə saxlanan Azərbaycan vətəndaşı Validə Yusifova iyulun 27-də azad edilib. İki ildən artıq günahsız yerə Tehrandakı qorxunc “Evin” zindanında saxlanan və heç bir dəlil-sübut olmadan ağır ittihamlarla mühakimə olunan Validə Yusifova İran İslam İnqilabının Keşikçiləri Korpusuna, yəni SEPAH-a bağlı “Təsnim” informasiya agentliyinin yazdığına görə, guya “humanist prinsiplər əsasında və İranın şimal qonşusu ilə münasibətlərdə xoş niyyətinin əlaməti olaraq” Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.

Maraqlıdır, casusluq adı ilə tutulan digər bir həmyerlimiz Fərid Səfərli də azadlığa buraxıla bilərmi?

Yenisabah.az-la söhbətində politoloq Sülhəddin Əkbər qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə İran Xarici İşlər Nazirliyi arasında diplomatik münasibətlərin əvvəlki həcmdəki bərpası istiqamətində intensiv danışıqlar gedir: Sezar pizza

“Ola bilsin ki, İran tərəfinin atdığı bu addımlar Azərbaycan səfirliyinə olan terror hücumundan sonra formalaşmış sərt mövqeyinin yumşalması üçün nəzərdə tutulub”.

Onun fikrincə, Fərid Səfərlinin azad edilib-edilməyəcəyinə gəldikdə isə hadisələri izləmək lazımdır:

“Mənə elə gəlir ki, İran-Azərbaycan münasibətlərinin terror hücumundan öncəki səviyyədə bərpası üçün atılacaq addımlar yetərsizdir. Burada əsas məsələ İran tərəfinin Azərbaycan səfirliyinə olan terror hücumuna görə üzr istəməsi və Azərbaycanın müvafiq orqanlarının cəlb olunmasıyla bu məsələnin obyektiv, tam və hərtərəfli açılması, o cümlədən təşkilatçıların və icraçıların qanunauyğun şəkildə cəzalandırılması lazımdır. İran üzr istəsə, proseslər dəyişə bilər. Çünki Azərbaycan ən yüksək səviyyədə  daim terror faktını arqument olaraq irəli sürür”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!