İran vasitəsilə Naxçıvana qaz nəqli ilə bağlı yeni razılaşma

saytların hazırlanması

Evə çatdırılma

İran vasitəsilə Naxçıvana qaz nəqli ilə bağlı yeni razılaşma

İqtisadiyyat

26 Avqust 2025 18:13 676


Naxçıvana İran vasitəsilə qaz nəqlinin müddəti uzadılacaq.

Bu barədə "Baku TV"yə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Bildirilib ki, müqavilənin müddətinin uzadılması tərəflər arasında razılaşdırılıb və hazırda imzalanma mərhələsindədir. Toyuqlu pizza

Qeyd edilib ki, İrandan Naxçıvana qazın nəqli hazırda davam edir. 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək olan müddətdə nəql edilən qazın həcmi 188.5 milyon kubmetr təşkil edir. İran vasitəsilə Naxçıvana qazın verilməsinə 2006-cı ildən başlanılıb.

Bununla bağlı iki ölkə arasında 2005-ci ildə təbii qazın mübadiləsi üzrə müqavilə imzalanıb. 2025-ci ilin martın 5-də açılışı olan Iğdır-Naxçıvan kəmərinə gəlincə, SOCAR-dan bildirilib ki, bu kəmərlə qazın nəqlinə hələ başlanılmayıb. Bu kəmər günlük 2 milyon kubmetr qaz nəqletmə qabiliyyətinə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!