İrana ağır zərbə: BMT-də səsvermə hüququndan məhrum edildi

saytların hazırlanması

Evə çatdırılma

İrana ağır zərbə: BMT-də səsvermə hüququndan məhrum edildi

Siyasət

03 İyun 2021 10:35 1291


İran və Mərkəzi Afrika Respublikası (MAR) təşkilata ödənməmiş borclara görə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu, BMT baş katibi Antonio Quterreşin Assambleyanın sədri Volkan Bozkıra ünvanlanmış məktubundan bəlli olub.

Məktubda deyilir: "Hazırda BMT üzvü olan 5 dövlət Nizamnamənin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcludur". pizza mizza

19-cu maddəyə görə, borclarının miqdarı əvvəlki iki il ərzində ondan alınacaq üzvlük məbləğinə bərabər və ya artıq olduqda, Baş Assambleyada səs verə bilməz.

İran və Mərkəzi Afrika Respublikası BMT-yə 16,25 milyon dollar ödəməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!