"Azərbaycan rəhbərliyindən diplomatik kanallarala müsbət mesajlar almışıq".
Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Oktyabrın 3-ü axşam İran televiziyasına müsahibə verən XİN rəhbəri Azərbaycan və İran arasında son günlər mövcud gərginliyin səbəblərini açıqlayıb. Dördpendirli pizza
Nazir sonda bildirib: "İranla Azərbaycan Respublikası arasında dərin diplomatik əlaqələr olduğu üçün xarici mövcudluğun iki ölkə arasındakı münasibətlərə təsir etməsinə icazə verilməməlidir. Bu baxımdan diplomatik kanallarla müsbət mesajlar aldıq. Görünür, bu mərhələni adlayacağıq".
O əlavə edib: "Biz tranzit problemləri ilə bağlı danışıqlar aparacağıq. Geosiyasi mövzulara çox həssas yanaşırıq və İran İslam Respublikası bölgədəki təxribatları yaxından izləyir. Həqiqət budur ki, bu təxribatların arxasında sabitliyi pozmağa çalışan bölgə aktyorları dayanır".
Telegram kanalımız