"Amerikalı pilotun gizləndiyi və xilas edilməsi əməliyyatı Kohqiluyə və Boyer Əhməd vilayəti olmalı idi".
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
"Amerika təyyarələri həmin coğrafi nöqtədən çox uzaqda, İsfahanın cənubunda idi. Bu, İranın zənginləşdirilmiş uran ehtiyatının oğurlanması üçün aldatma əməliyyatı ola bilər". Pepperoni pizza
XİN sözçüsünün sözlərinə görə, Tehran Vaşinqtonun münaqişənin həlli təklifinə cavablar hazırlayıb və daha sonra onların məzmununu ictimaiyyətə açıqlayacaq.
"Bir neçə gün əvvəl təkliflər vasitəçilər vasitəsilə təqdim edilib, o cümlədən Pakistan və bəzi digər dost ölkələr vasitəsilə çatdırılan ABŞ-ın 15 maddəlik planı. O zaman bu cür təkliflərin həddindən artıq, qeyri-adi və məntiqsiz olduğunu bildirmişdik. Maraqlarımıza və mülahizələrimizə əsaslanaraq öz tələblərimizi formalaşdırmışıq".
Bəqai qeyd edib ki, Tehran nə istədiyini və qırmızı xətlərin nə olduğunu əvvəlcədən bilirib: "Müzakirələrin əvvəlindən cavablarımızı hazırladıq. Lazım gəldikdə, onların məzmununu və dərc üsulunu açıq şəkildə bildirəcəyik".
Telegram kanalımız