İran XİN-dən türk nazirin Zəngəzur açıqlamasına şərh

saytların hazırlanması

Evə çatdırılma

İran XİN-dən türk nazirin Zəngəzur açıqlamasına şərh

Dünya

08 Yanvar 2024 12:52 594


Türkiyə yollar nazirinin açıqlamaları ilə bağlı ətraflı məlumatım yoxdur.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O əlavə edib: "Biz sülh və sabitlik, iqtisadi və ticari əməkdaşlıq, nəqliyyat və tranzit yaratmaq üçün regional əməkdaşlığın genişləndirilməsini vurğulayırıq. Amma ticarət əməkdaşlığının inkişafı regionda geosiyasi və sərhəd dəyişiklikləri üçün bəhanə ola bilməz". Sezar pizza

Xatırladaq ki, Türkiyənin yollar naziri Əbdülkadir Uraloğlu İranın da Zəngəzur dəhlizinə qoşulmaq istədiyini vurğulayıb: “Bunu İran tərəfinə deyirik. Dedik ki, bu dəhlizdən sizə bir qovşaq verə bilərik. Onların da bu mənada tələbi var. Biz bunu da müzakirə edirik. Bizim üçün Zəngəzur dəhlizi vazkeçilməzdir. Türkiyə tərəfində ərazilərimizlə bağlı addımlar atdıq, 224 kilometrlik bir hissə idi. Təxminən 5 ilə işi bitirdikdə, ümid edirəm ki, 2028-ci ildə bütün marşrutu həyata keçirmiş olacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!