İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb.
Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir. Dördpendirli pizza
Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
"İki ölkə arasındakı münasibətlərin ab-havası, həyata keçirilən diplomatik tədbirlər və nümayəndə heyətlərinin mübadiləsi ilə təsdiq edə bilərik ki, atmosfer əhəmiyyətli dərəcədə yaxşıdır. Xarici işlər nazirinin səfəri, Bakıda keçirdiyi görüş və danışıqlar iki ölkə arasında münasibətlərdə bu müsbət tendensiyanı sürətləndirə bilər", - deyə Kənani vurğulayıb.
Telegram kanalımız