Ötən ilin sonunda Moskva Apellyasiya Məhkəməsi hərbi texnikanın qanunsuz ixracı ilə bağlı iş üzrə qərar çıxarıb.
Yenisabah.az "Militarist" teleqram kanalına istinadla xəbər verir ki, 2021-ci ilin sentyabrında FSB Azərbaycan əsilli Rusiya vətəndaşı Əliyar Qasım oğlu Ağalarovu həbs edib. O, "Tor" hava hücumundan müdafiə sistemində istifadə olunması üçün Mİ-381 və Mİ-381-1 maqnetronlarının Azərbaycan ərazisindən keçirməklə qaçaqmalçılıq yolu ilə İrana daşınmasında ittiham olunub.
FSB araşdırmasına görə, 2020-ci ilin sonunda Ağalarov Ukraynanın “Ukroboroneksport” dövlət müəssisəsinin törəməsi “Ukroboronservis”in maraqlarını təmsil edən potensial ukraynalı alıcı ilə əlaqə saxlayıb. pizza hut
Dinləmə zamanı Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət və Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmət, 2007-ci ildə "Tor" sistemlərinin Tehrana satılmasına baxmayaraq, maqnetronların rəsmi kanallar vasitəsilə İrana çatdırılmadığını məhkəməyə təsdiqləyib.
Telegram kanalımız