İrana qarşı hücumlar bərpa olunacaq

saytların hazırlanması

Evə çatdırılma

İrana qarşı hücumlar bərpa olunacaq

Dünya

13 Aprel 2026 08:12 240


Pakistanda İranla nəticəsiz danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Tehranı güzəştə getməyə məcbur etmək üçün İslam Respublikasına qarşı məhdud miqyaslı hücumların bərpası imkanını nəzərdən keçirirlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İranın genişmiqyaslı bombardmanının yenidən başlanması da istisna edilmir. Lakin bu variantın daha az ehtimal olunduğu bildirilir, çünki belə addım regionda vəziyyətin kəskinləşməsinə və Vaşinqtonun uzunmüddətli silahlı münaqişəyə cəlb olunmasına səbəb ola bilər. pizza mizza

Qəzet qeyd edir ki, hər bir ssenari ciddi risklər daşıyır. Belə ki, tammiqyaslı hərbi əməliyyatların davamı ABŞ-nin silah ehtiyatlarının tükənməsi riski ilə müşayiət oluna bilər. Digər tərəfdən, əməliyyatların intensivliyinin azalması Tehran tərəfindən qələbə kimi qiymətləndirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!