Sentyabr ayından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.
“Yeni Sabah” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.
“İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib. pizza sifarişi
Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.
Telegram kanalımız