İranda GƏRGİNLİK ARTIR - Bu tarixlərlə bağlı əhaliyə   ŞOK ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

İranda GƏRGİNLİK ARTIR - Bu tarixlərlə bağlı əhaliyə ŞOK ÇAĞIRIŞ

Siyasət

08 Yanvar 2026 00:58 2710


"İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması onun özü, o cümlədən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır".

"Yeni Sabah" xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rza Pəhləvi ABŞ və İsraildə özünü İran rejiminə əsas alternativ kimi tanıtdırıb: pizza mizza

"Pəhləvini həvəsləndirən İranda son etiraz yürüşlərində onun adının hallandırılması, lehinə şüarların səsləndirilməsi olub. Halbuki, İranda yaşayan müxtəlif millətlər, o cümlədən azərbaycanlıların mütləq əksəriyyəti molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər. Buna baxmayaraq, molla rejiminə etiraz edən farslar arasında Pəhləvilərə simpatiyası olanlar az deyil. Əgər Pəhləvinin çağırışına uyğun olaraq 8 və 9 yanvar tarixlərində İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa, Vaşinqtonun və Tel-Əvivin Rza Pəhləviyə inamı artacaq, əks halda ABŞ və İsrail alternativ variantlar üzərində planlar qurmağa başlayacaqlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!