“İranda hakimiyyəti mollalar idarə etsə də...” 

saytların hazırlanması

Evə çatdırılma

“İranda hakimiyyəti mollalar idarə etsə də...” 

Siyasət

21 İyul 2022 08:36 16779


“Tehranda keçirilən İran-Türkiyə-Rusiya sammiti mənim əvvəldən söylədiyim ssenari ilə yəni heç bir nəticə vermədən başa çatdı. Mənası olmayan bu sammit ilk növbədə Putinə, sonra Rəisiyə lazım idi”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Putin dünyanın 80 faiz ölkələrinin qəbul etmədiyi aqressor-terroriçu kimi tanınmış şəxsdir:

“İranda seçkilər keçirilməsinə baxmayaraq, prezidentin hüquqları məhduddur, ölkəni fundamentalist dinçi idarə edir.  Toyuqlu pizza

Prezident Ərdoğanın Tehran sammitinə qoşulmasını anlamaq mümkün deyil. Putinlə əlaqədar məsələ aydındır. O öz xalqına dünya siyasətində mühüm rol oynadığını göstərmək istəyir. Propaqançıların fantastik uydurmaları 80 faizi cəhalət içində yaşayan rusları Putinin dünyanı idarə edən lider olduğuna inandırır.

Əvvəldən İranın Rusiyaya heç bir silah, o cümlədən dronlar verməyəcəyi məlum idi. İranda hakimiyyəti mollalar idarə etsə də 2500 illik imperiya dövlətçiliyi var. Onlar yaxşı bilirlər ki, Stalinin hədiyyə etdiyi nüvə silahından başqa Rusiyanın heç bir şeyi yoxdur və olmayacaq. İranın inkişafını qədim Avropa və qüdrətli ABŞ-la bağlamaq istəyirlər. Ona görə Rusiyaya heç bir silah verilməsindən söhbət gedə bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!