“İranda hər şey ola bilər” – Molla rejimi devrilir?

saytların hazırlanması

Evə çatdırılma

“İranda hər şey ola bilər” – Molla rejimi devrilir?

Siyasət

21 Sentyabr 2022 11:02 4751


“İrandakı hadisələr iğtişaş deyil. Çünki iğtişaş stabilliyin pozulması anlamında işlədilir. Bu isə ayaqlanma, etiraz və protestdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri, tarix elmləri foktoru Nəsib Nəsibli deyib.

Tarixçi alim İranda baş verən sonuncu etiraz aksiyalarına münasibət bildirib. Sabiq səfir deyib ki, buna heç bir halda iğtişaş demək olmaz: Dördpendirli pizza

“Çünki insanların öz haqlarını müdafiə etməsi mənfi hal deyil, əksinə, bunu müsbət bir hal kimi qiymətləndirmək lazımdır.

Bu gün İrandakı problemlər bir çox insanları ayaqlanmağa, həyatını təhlükəyə atmağa məcbur edən bir durumdur. Yəni iqtisadi, siyasi, sosial problemlər o qədər çoxdur ki, pandemiya dövründə səngimiş hərəkat artıq yeni bir mərhələyə qədəm qoyur”.

“Bu etirazlar İranda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi” sualına isə eks-səfir belə cavab verib:

“Bunu nə müsbət, nə də mənfi şəkildə qiymətləndirmək, habelə nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir, çünki hər şey ola bilər. Hakimiyyət dəyişikliyi isə məhz bu cür hadisələrdən başlayır. Ona görə də yaşayıb görəcəyik”.

“Ona qalsa, indiki İran iqtidarını hakimiyyətə gətirən son inqilab zamanı da deyirdilər ki, xarici dövlətlərin İrana təxribatı nəticəsində bu cür hadisələr baş verir. Xalqından ayrılmış hakimiyyətlər etiraz hərəkatlarını hər zaman xarici faktorla izah etməyə çalışır. Məncə, bu da əsassızdır. Baxın, İranın min cür problemi var. Yoxsulluq, kasıbçılıq və s. çoxdur. Problemlər o qədər bir-birilə yoğurulub ki, insanlar artıq bezib”, – deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!