YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İranda peyğəmbərlər təqlid olundu: İmamdan maraqlı şərh

İranda peyğəmbərlər təqlid olundu: İmamdan maraqlı şərh

Din

01 Sentyabr 2022 17:34 4297


Sosial şəbəkələrdə İranda qeydə alındığı bildirilən bir neçə peyğəmbərin də təqlid olunduğu videogörüntülər yayılıb.

Videogörüntüdə İshaq (ə.s), İdris (ə.s), Zəkəriyyə (ə.s), Yunis (ə.s), Şueyb (ə.s), Hud, (ə.s) ən sonda Məhəmməd Peyğəmbəri (s.ə.v) üzü bağlı şəkildə təqlid edən şəxslərin görüntüsü yer alıb. Hətta, İran istehsalı olan “Həzrəti Yusif” filmində Yusif peyğəmbərin simasının göstərilməsinə baxmayaraq, “Çağırış” filmində isə Məhəmməd peyğəmbərlə (s.ə.v) yanaşı, Əli (r.a)-nun Məhəmməd peyğəmbərlə (s.ə.v) eyniləşdirilərək simalarının görünməsinin qarşısı alınıb. Bütün bunlardan ortaya belə bir sual çıxır: "Peyğəmbərlərin dində təqlid olunması onların obrazlarının göstərilməsi doğrudurmu?"

Məsələ ilə əlaqədar İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmovdan münasibət öyrəndik. İmam bildirdi ki, islam dinində bununla bağlı yekdil rəy yoxdur:

“Alimlər arasında bununla bağlı ittifaq (fikir birliyi) yoxdur. Bəzi alimlər bunun edilməməli olduğunu bildirirlər. Məhəmməd peyğəmbərin (s.ə.v) hədisləri vasitəsiylə peyğəmbərlərin əlamətləri bizə gəlib çatıb. Bu əlamətlərin də bu əlamətlər də ətraflı, təfərrüatlı açıqlanmadığı üçün bəzi islam alimləri bunu sadəcə olaraq formaya salmaq yox, Məhəmməd peyğəmbərimizin (s.ə.v)   hədislərinə əsasən, onların əlamətlərini insanlara çatdırmaq daha doğru olar. Bəzi islam alimləri də müasir dövr olduğundan alimlərin bəziləri peyğəmbərləri cəmiyyətə tanıtmaq üçün tək, əlamətlərini insanlara çatdırmaq deyil, peyğəmbərlərin obrazlarının da göstərməyin məqbul olduğunu düşünürlər.  Amma bunu edərkən də bu obrazların dəqiqliklə peyğəmbərlərə aid olmadığını, hədislərə əsasən, belə düşünüldüyünü bildirməlidirlər”.

İmam həmçinin “Həzrəti Yusif” filmində Yusif peyğəmbərin (ə.s) simalar göstərilməsi “Çağırış” filmində isə Məhəmməd peyğəmbərin (s.ə.v) simasının göstərilməməsinin peyğəmbərlər arasında fərq qoyulması ehtimalı ilə əlaqələndirilməsinə də münasibət bildirib:

“Qurani-Kərimdə peyğəmbərlər arasında fərq olmadığı bildirilir. Son peyğəmbərin həyatından bəhs edən “Çağırış” filmində özünü ona oxşadacaq insanların çox ola biləcəyi və iğtişaşa səbəb ola biləcəyi üçün kino çəkildiyi vaxtda islam alimləri onun üzünün göstərilməməsi qərarına gəliblər. Yusif peyğəmbərin (ə.s) simasını göstərmək isə İran alimlərinin verdiyi bir fətvadır. İnsanlar arasında Məhəmməd peyğəmbərin (s.ə.v) simasının göstərilməsiylə ola biləcək iğtişaşaların bunda baş verməməsini nəzərə alınaraq belə bir nəticə olub”.

 İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!