İranda qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İranda qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi

Dünya

28 Fevral 2019 14:51 972


İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğası nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.

Bunu İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

Belə ki, ötən gecədən rayonda başlayan qum qasırğası 19 kəndlə əlaqəni kəsib. 150-dən çox kənd güclü qum qasırğası ilə üzləşib. Marqarita pizza

Qasırğanın çox təhlükəli olduğunu deyən qubernator bütün əlaqədar dairələrin hazır vəziyyətə gətirildiyini bildirib.

Ə.Baqiri ötən iki il ərzində qum qasırğası nəticəsində əhalinin 16 kəndi tərk etdiyini deyib.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!