Bu gün İranda 290 yerlik parlamentə Məclisə (parlament) seçkilər keçirilir.
Yenisabah.az xəbər verir ki, 87 milyon vətəndaşının 61 milyondan çoxunun səsvermə hüququ var. Seçicilərin bülletenləri əsasən əl ilə sayılır, ona görə də seçkinin nəticələrinin elan edilməsi seçki tarixindən 3 günə qədər vaxt apara bilər.
İran İslam Respublikasının lideri Ayətullah Xamnəi həmvətənlərini səs verməyə çağıraraq, bu səsverməni ölkənin gələcək taleyi üçün həlledici adlandırıb: pizza hut
“Əgər biz dünyaya xalqımızın mühüm, həlledici məqamlarda hərəkətə keçməyə həmişə hazır olduğunu göstərə bilsək, o zaman əslində, ölkəmizi xilas etmiş olarıq”.
Bundan başqa, ölkənin Ali Rəhbərini seçən Ekspertlər Şurasına seçkilər keçirilir. Şurada 88 yer uğrunda 144 namizəd mübarizə aparır.
Telegram kanalımız