İranda seçkilərə start verildi: DİN-də namizədlərin qeydiyyatı aparılır

saytların hazırlanması

Evə çatdırılma

İranda seçkilərə start verildi: DİN-də namizədlərin qeydiyyatı aparılır

Siyasət

11 May 2021 14:54 771


Bu gün İranda prezidentliyə namizədlik üçün sənədlərin qəbulu başlayıb.

Yenisabah.az “Entexab”a istinadla xəbər verir ki, namizədliyin irəli sürülməsi üçün sənədlər Daxili İşlər Nazirliyində qəbul olunur.

Ölkənin tanınmış simaları arasında hələlik bir neçə nəfər iddiasını ortaya qoyub. Onlardan biri sabiq prezident Mahmud Əhmədinejaddır. Digər tanınan şəxs “Sepah”ın “Xatəmül-Ənbiya” qurumunun keçmiş müavini Səid Məhəmməddir. pizza hut

Prezident seçkilərinə qatılacağını əvvəlcədən elan etmiş və namizədliyini hələ açıqlamamış siyasətçilərin növbəti günlərdə DİN-ə baş vuracağı bildirilir. Belə şəxslərdən biri İran parlamentinin sabiq spikeri Əli Laricanidir. Bu barədə “Mehr” agentliyinə Məclisin keçmiş rəhbərinə yaxın mənbələr məlumat verib.

“İbrahim Rəisinin namizədliyini nəzərə alaraq, seçkilərdə namizədliyimi irəli sürmək niyyətim yoxdur”. Bunu İslami Şura Məclisinin (parlament) hazırkı sədri Məhəmməd Baqir Qalibaf bildirib.

“Təsnim” agentliyi məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisinin prezident seçkilərində iştirak məqsədi ilə qeydiyyatdan keçmək üçün yaxın günlərdə Daxili İşlər Nazirliyinə getməyi planlaşdırdığı barə məlumat verib.

İranın birinci vitse-prezidenti İshaq Cahangirinin də eyni niyyətdə olduğu iddia olunur.

Xarici işlər naziri Məhəmməd Cavad Zərifə gəlincə, mayın 10-da o, bir daha namizədlik barədə düşünmədiyini dilə gətirib.

Prezident seçkilərinə namizədlərin qeydiyyatı bu gündən başlayıb və 5 günədək davam edəcək.

Xatırladaq ki, İranda prezident seçkiləri iyununj 18-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!