“Müharibə olsa, İrandakı soydaşlarımız bizim tərəfə keçəcək” – İsa Qəmbər

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə olsa, İrandakı soydaşlarımız bizim tərəfə keçəcək” – İsa Qəmbər

Siyasət

04 Oktyabr 2021 12:58 12265


“Azərbaycan mütləq hazırlaşmalıdır, bütün təhlükələrə, ən pis variantlara qarşı hazır olmalıdır, amma eyni zamanda hesab edirəm ki, böyük müharibə mümkün deyil. Çünki İranın Azərbaycana qarşı böyük müharibə aparması, İran üçün çox ciddi problemlər yarada bilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Pressklub TV-yə müsahibəsində Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib. O, bildirib ki, birincisi, Azərbaycan bu gün bölgədə ən güclü ordulardan birinə malikdir və Qarabağ savaşının təcrübəsini qazanmış peşəkar, fədakar zabitlərdən, generallardan və əsgərlərdən ibarətdir.

“İkincisi, bu ordunun çox güclü, müasir texnikaları və silahları var, yəni ona görə də, İran nə qədər bizə nisbətən böyük dövlət olsa da, bu müharibədə hərbi baxımdan xeyli problemlərlə üzləşə bilər. Toyuqlu pizza

Üçüncüsü, İranın burada qısamüddətli uğur qazanması mümkün deyil və proses uzandıqca İranda on milyonlarla azərbaycanlı – bizim soydaşlarımız, qardaşlarımız öz mövqelərini müəyyənləşdirəcəklər.

Əvvəl tutaq ki, oradakı on milyonlarla soydaşlarımızın bir hissəsi bizim tərəfimizdə olacaq, amma proses dərinləşsə, artıq əksəriyyəti bizim tərəfimizə keçəcək və haqqın-ədalətin yanında olacaqlar.

İranda yaşayan bizim soydaşlarımız, Azərbaycan türkləri və bütövlükdə türklər milli azlıq deyillər, əksinə milli çoxluqdurlar. Milli çoxluğun öz iradəsini ortaya qoyacağı şəraitdə İrandakı hakim rejimin vəziyyəti nə cür olacaq, bunu özləri gərək ciddi şəkildə düşünsünlər.

Dördüncüsü, İranın Azərbaycana qarşı müharibə cəhdi, artıq indidən əks reaksiya yaradıb. Türkiyə də öz qüvvələrini İranla, Naxçıvanla sərhədə çəkir və buna davam edir. Digər müttəfiqlərimiz öz narahatlıqlarını ifadə ediblər və mövqelərini ortaya qoyurlar. Bu müttəfiqlərin də mövqelərinin ortaya çıxması, artıq İranın bu savaşa gedərsə, qalib gəlməsini mümkünsüz edir. Burada birmənalı şəkildə İranın bu şəraitdə qalib gəlməsi mümkünsüzdür.

Beşincisi, qərb faktoru var ortada və qərb Ermənistan-Azərbaycan savaşında bir tərəf tutub, Azərbaycanı müdafiə etməsələr də, xatırladım ki, bəziləri ermənipərəst mövqe sərgilədilər, bəziləri isə neytral qaldılar, amma İran məsələsi belə deyil. İran məsələsi ortaya çıxarsa, artıq çox ciddi beynəlxalq qüvvə və birliklə üzbəüz qalacaq onlar. Türkiyə özü NATO üzvü bir dövlətdir və NATO üzvü olan dövlətlə müharibə şəraiti təbii ki, NATO-nu hərəkətə gətirən bir amil olacaq. Digər tərəfdən də ABŞ, digər Avropa ölkələri, İsrail və s. qüvvələrin maraqları var burada və özü də onlar təkcə Azərbaycana görə yox, öz maraqlarına görə mövqe ortaya qoya bilərlər. İran tərəfi bu cür yanlış addımlar atmazdan əvvəl, bütün bu istiqamətləri ölçüb-biçib, düşünüb-daşınıb sonra qərar verməlidir.

Bu günlərdə maraqlı bir müsahibə oxudum. ABŞ-lı ekspert müsahibə verib, Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı. O çox maraqlı bir fikir söyləyib ki, Ermənistanın məğlubiyyətinin və Azərbaycanın uğurunun səbəblərindən biri də onların müttəfiq seçimləriylə bağlıdır. Azərbaycanın müttəfiqləri sırasında Türkiyə və İsraillə yanaşı, ABŞ-ın da adını çəkir. Bizdə çünki Amerikanı müttəfiq hesab etmirlər müxtəlif səbəblərdən, ancaq o ekspert iki-üç dəfə təkrarladı ki, Azərbaycanın müttəfiqləri Türkiyə, İsrail, ABŞ və digər qüvvələr, Ermənistanın müttəfiqləri isə Rusiya və İran. O söyləyib ki, bu müttəfiq seçiminə görə, Ermənistan məğlub oldu bu müharibədə.

İndiki halda əgər təkcə Türkiyə, İsrail yox, hətta ABŞ da Azərbaycanın müttəfiqi kimi bəzi ekspertlər tərəfindən təqdim edilirsə və bir qədər öncə dediyim kimi, İran məsələsində Qərb, Avropa və Amerika təkcə Azərbaycana münasibətə görə yox, İrana olan münasibətlərinə görə ortaya qüvvə və mövqe qoyacaqlarsa, onda gəlin, qüvvələr nisbətini hesablayın və bunun hara aparıb, çıxaracığını qeydə alın.

Bu baxımdan hesab edirəm ki, İran hər nə qədər Azərbaycanı çəkindirməyə, qorxutmağa və təhdid etməyə çalışsa da, hər halda onların da təcrübəli dövlət adamları və diplomatları var ki, onlar mənim bu dediklərimi, bölgədə vəziyyəti, qüvvələr nisbətini, prosesləri və tendesiyaları onlarla yanaşı istənilən ekspert anlayır. Bu halda İran hesablamalıdır və qərarını verməlidir. 

Buna görə mən əminəm ki, İran özü də buna getməz və eyni zamanda əminəm ki, nə Azərbaycanın, nə də Türkiyənin İranla savaşmağa maraqları yoxdur. Ümumiyyətlə, biz müharibə axtarmırıq. Biz bölgədə yalnız sülhə və əmin-amanlığa çalışırıq və Ermənistanla münasibətlərin beynəlxalq hüquqa, ədalətə görə həll olunub, regionda sabitliyin yaranmasını, münasibətlərin normallaşmasını istəyirik. 

Eləcə də Azərbaycan tərəfi, İranla da bütün mövcud problemlərə baxmayaraq, bütün normal qonşuluq münasibətlərinin olmasında maraqlıdır. Hesab edirəm ki, Türkiyə də bu mövqedən çıxış edir. Ona görə də, biz savaşda maraqlı deyilik və İran tərəfi də ölçüb-biçib, hesablayıb anlayacaq ki, bu savaşdan o qalib çıxa, xeyir tapa bilməz, ancaq ziyan görər. Ona görə də, əminəm ki, onlar da buna getməyəcəklər. Mən belə görürəm.

Bu bizim təhlillərimizdir, həyat isə daha mürəkkəbdir. Ən gözlənilməz hadisələr baş verə bilər və Azərbaycan özünü, əgər İran hücuma keçərsə, İrandan müdafiə etməyə hazırlamalıdır. Bu savaş olacaqsa, biz savaşdan uğurla çıxmaq məcburiyyətindəyik və inşallah da çıxacağıq. Eyni zamanda savaşa hazır olmaq, sülhü də şərtləndirən bir məsələdir, yəni İran da görəndə ki, Azərbaycan özünün hüquqlarını, dövlətini, ərazisini, sərhədlərini, insanlarını müdafiə etmək üçün hər şeyə hazırdır, İran da məncə bu riskə getməz”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar
    Allahimiza and olsun ki, ermeni ile muharibede XALQIN gosterdiyi birlik bu birliyin qarsisinda yalan olar cunki artiq bize eyan olduki, ermeninin qirtlagina daha cox su token irandi neinki rus! Iran cizgini kecse tarixinin en boyuk sehvini etmis olacaq!
    5 years ago