İrandakı vəziyyətə görə Fransada parad ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

İrandakı vəziyyətə görə Fransada parad ləğv edildi

Dünya

10 Aprel 2026 22:41 437


Fransa Hərbi Dəniz Qüvvələrinin 400 illiyini qeyd etmək üçün Marseldə planlaşdırılan dəniz paradı ləğv edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyi məlumat verib.

“Dəniz Qüvvələrinin hazırkı əməliyyat tapşırıqlarını və onların prioritetini nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 8 may tarixində Marsel limanında planlaşdırılan dəniz qabiliyyətləri nümayişini ləğv etmək qərarına gəlib", - deyə bildirilib. pizza

Gəmilərin əksəriyyətinin, o cümlədən "Şarl de Qoll" aviadaşıyıcısının İsrailin Livandakı hərbi əməliyyatı və ABŞ-İsrail müharibəsi ilə bağlı missiyalarda iştirak etdiyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!