İrandan Azərbaycana daha bir xəyanət: “İstəyir ki, Azərbaycan onun dediyi ilə oturub-dursun”

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana daha bir xəyanət: “İstəyir ki, Azərbaycan onun dediyi ilə oturub-dursun”

Siyasət

05 Aprel 2023 18:06 1492


İranın İslam Şurasının ictimaiyyətə açıq iclasında Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılması ilə bağlı bəyanat qəbul olunub.

“Yeni Sabah” xəbər verir ki, parlamentin 210 üzvünün qəbul etdiyi bəyanatda cənub qonşu yenə də öz ritorikasından istifadə edib.

Bəyanat müəllifləri iddia ediblər ki, Azərbaycan inanılmaz bir rəftarla və İslam dünyasının mənafeyinə zidd hərəkət edərək Qüdsü işğal edən sionist rejimin mərkəzində səfirlik açıb və öz səfirini saxta rejimə təqdim edib. pizza sifarişi

Parlament nümayəndələri bu bəyanatda vurğulayıblar: “Azərbaycan Respublikası hökumətinin bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaqdır və dünya müsəlmanları onları məzlum fələstinlilərin qətli və cinayətində sionist rejimin şəriki hesab edəcəklər. Bu bəyanatda parlamentin 210 üzvü bu addımı məzlum Fələstin dövlətinin ayrılmaz hüquqlarının pozulmasının səbəbi adlandırıblar və bunu vurğulayıblar: “Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyi və dünyanın azadlıqsevər nümayəndələrindən bunu qınamalarını xahiş edirik”. Bu bəyanatın davamında deyilir: “İran İslam Respublikası Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərərkən, lazımi diplomatik tədbirləri görür”. Bu bəyanatda xatırladıldı: “Böyük İslam İranının xalqının nümayəndələri Azərbaycan Respublikası Parlamentindən gözləyir ki, mübarək Ramazan ayında İslam ümməti ilə birlikdə saxta sionist rejim tərəfindən ən ağır işgəncələrə məruz qalan, məzlum Fələstin xalqına Məscidül-Əqsaya buraxılmağı qadağam etdiyinə görə bu addıma mövqe bildirsinlər.

İranın bu bəyanarına münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov “Yeni Sabah”a deyib ki, İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını tənqid etməsi ilə bağlı yaydığı bəyanat heç bir qayda-qanuna sığmayan bir iddiadır və Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir.

O, xatırladıb ki, Azərbaycan müstəqil dövlətdir, nəinki İranın tabeliyində olan bir müstəmləkə:

“Yəqin ki, İran nəyisə səhv salır. Azərbaycan suveren dövlətdir və Azərbaycan harada səfirlik, konsulluq açacaq, hansı siyasətlə yaşayıb, hansı yolu tutacaq, bu, Azərbaycanın öz işidir. Biz İrana sorğu-sual edirik ki, sən kiminlə dostluq, düşmənçilik edib, hansı hərəkətlərlə məşğul olursan?”

Onun fikrincə, hər bir dövlət böyüklüyündən-kiçikliyindən, habelə əhalisinin sayından asılı olmayaraq, müstəqil dövlətdir və bütün qərarları sərbəst şəkildə qəbul edir:

“Hesab edirəm ki, İran artıq bütün hədləri, “qırmızı xətt”ləri keçir, Azərbaycanın daxili işlərinə qarışır, ona müdaxilə edir. İran istəyir ki, Azərbaycan onun dediyi ilə oturub-dursun?! Bu, gülünc bir məsələdir.

Təsəvvür edin ki, sabah da Milli Məclisdə deputatlarımız İranın daxili işləri ilə bağlı bir məsələ gündəmə gətirib bir qərar qəbul edə bilər ki, İran Ermənistanla niyə əlaqə saxlayır? Axı, Azərbaycan bunu etməz... Bu, İranın daxili işlərinə qarışmaq olar. İran da gərək bunu etməyə. İran bu hərəkəti ilə bir daha bütün beynəlxalq qanunları pozur və Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində olduğunu büruzə verir”.

“Fikrimcə, İslam Əməkdaşlıq Təşkilatı da İrana eyni iradları bildirəcək. Əvvəla, İƏT deyilən qurumun üzvlərinin çox hissəsi İranla çox gərgin münasibətdədir. Yəni İran onların hamısına qarşı qeyri-qanuni hərəkətlər edən bir dövlətdir. İƏT də beynəlxalq qanunlara əsaslanıb sözünü deyir. Onlar İrana yerin bildirməli və deməlidir ki, sən kimsən ki, müstəqil bir dövlətin daxili işinə qarışırsan ki, sən harada səfirlik açırsan, nə edirsən? Bunların heç bir əndazəyə sığmayan yaramaz bir hərəkətdir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!