İrandan Azərbaycana: “Hərbi əməkdaşlığa hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana: “Hərbi əməkdaşlığa hazırıq“

Siyasət

23 Avqust 2023 23:37 540


Ümumi sərhədlərdə sülhün və təhlükəsizliyin bərqərar olması yalnız qonşu dövlətlərin birliyi ilə mümkündür. Bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurmalara səbəb olacaq.

Axar.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri deyib.

Məlumatda ötən gün Məhəmməd Bagiriylə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olduğu xatırladılıb. pizza mizza

Bagiri iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın və əlaqələrin səviyyəsinin bütün sahələrdə inkişaf etdiyini bildirib. Həmçinin, İslam Respublikası Silahlı Qüvvələrinin Bakıda keçiriləcək birgə hərbi komissiyada iştirak etməyə hazır olduğunu açıqlayıb.

Azərbaycanın müdafiə naziri isə ölkənin İranla ikitərəfli hərbi və müdafiə əməkdaşlığını genişləndirməyə hazır olduğunu bildirib:

“Biz İranı dost ölkə hesab edirik və Tehranla bütün sahələrdə müdafiə əməkdaşlığını alqışlayırıq”.

Məlumatda Z.Həsənovun Bagirini Bakıya dəvət etdiyi qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!