İrandan Azərbaycana tərəf uçan PUA vuruldu

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana tərəf uçan PUA vuruldu

Kriminal

24 Yanvar 2026 09:16 5770


Dövlət sərhədində müşahidə edilən pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

"Yeni Sabah" Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, hadisə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Marqarita pizza

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!