İrandan gələn gəmidən artıq mal tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İrandan gələn gəmidən artıq mal tapıldı

Kriminal

05 Fevral 2019 02:27 1140


Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb. Belə ki, idarənin "Hövsan Dəniz" gömrük postuna İran İslam Respublikasından göndərilən döşəmə üçün plitələr və kafel yüklü "Adrina" gəmisi daxil olub.

“Yeni Sabah” xəbər verir ki, İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.

Yuxarıda qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar "Hövsan Dəniz" gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1590170 kq. çəkidə olan 58688.25 m2 (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə "Adrina" gəmisi vasitəsilə idxal olunan və 58688.25 m2 kimi bəyan olunan malların sənədlərdə göstərilən miqdardan 17721.99 m2 artıq, toplam 76410.24 m2 olduğu məlum olub. Marqarita pizza

Bu səbəbdən də ı qeyd edilən mallar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan Dəniz" gömrük postunun ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!