İrandan məkrli plan: Təbrizdə Ermənistan konsulluğu...

saytların hazırlanması

Evə çatdırılma

İrandan məkrli plan: Təbrizdə Ermənistan konsulluğu...

Siyasət

22 Oktyabr 2022 07:41 3104


Ermənistanın Qafan şəhərində İran İslam Respublikası baş konsulluğunun rəsmi açılış mərasimi olub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu, İranın Ermənistandakı ilk baş konsulluğudur.

Baş konsulluğun açılışında İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak ediblər. pizza mizza

Azatutyunun yazdığına görə Abdullahian deyib ki, İran Ermənistan Respublikasının və regionun təhlükəsizliyinə öz təhlükəsizliyi kimi baxır:

“Bizim siyasətimiz ərazi bütövlüyünə, habelə beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərə ehtiramdan ibarətdır”.

İran xarici işlər naziri daha sonra Qafanın yerləşdiyi Syunik vilayəti barədə deyib:

“Syunik vilayəti Şimal-Cənub dəhlizinin ən mühüm sahələrindən biridir. Biz Ermənistanı Şimal-Cənub magistralında yerləşən ən mühüm ölkələrdən biri hesab edirik və bu tranzit yolun, habelə bu yolla yük və sərnişin daşımalarının inkişaf etdirilməsi üçün bütün səylərimizi əsirgəməyəcəyik”.

Abdullahian habelə xatırladıb ki, İran Təbriz şəhərində Ermənistan Respublikası baş konsulluğunun açılmasına hazırdır.

Bundan əvvəl Yerevanın belə bir niyyətdə olduğunu Ararat Mirzoyan təsdiqləmişdi.

Azatutyun yazır ki, İran Qafanda baş konsulluq açmaq qərarını hələ ötən dekabrda qəbul etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!