Yanvarın 20-də saat Dövlət Sərhəd Xidmətinin (DSX) Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.
Yenisabah.az xəbər verir ki, Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram "marixuana", 3 kq 250 qram "tiryək" və 2000 ədəd "metadon M-40" psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Marqarita pizza
Telegram kanalımız