Sentyabr ayının 18-də Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsinin sərhəd gəmiləri cİrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alıb.
Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzi məlumat yayıb.
Xəzər dənizinin Azərbaycan hissəsində 3 “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 ədəd şübhəli bağlama müəyyən olunub. pizza mizza
Bağlamalara baxış zamanı dəyəri təqribən 300 000 manat məbləğində aksiz markasız 146.790 qutu tütün məmulatı aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız