“İranı xəritədən silin” - ABŞ senatoru

saytların hazırlanması

Evə çatdırılma

“İranı xəritədən silin” - ABŞ senatoru

Dünya

29 Dekabr 2023 00:13 801


“İrandan maliyyə alan husilərdən qurtulmaq üçün bu ölkənin özünü vurmaq lazımdır”.

Belə çağırışla ABŞ-nin Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalında çıxış edib.

Siyasətçinin fikrincə, İran olmadan husilər olmayacaq. Pepperoni pizza

“Mən altı aydır ki, İranı vurmağa çağırıram. Onların neft yataqları var və ölkənin İnqilab Keşikçilərinin qərargahı kosmosdan görünür. Bu ölkəni xəritədən silin”, - deyə Qrem bəyan edib.

O, Pentaqonun rəhbəri Lloyd Ostinə zəiflik nümayiş etdirməməyi və “qırmızı xətlərin” nə olduğunu İrana başa salmağı tövsiyə edib.​/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!