İranın ali rəhbəri Moskvaya qaçır? -   SENSASSİON AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İranın ali rəhbəri Moskvaya qaçır? - SENSASSİON AÇIQLAMA

Siyasət

05 Yanvar 2026 15:58 1117


“ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad edərək İranın ali rəhbəri Əli Xamaneinin Moskvaya qaçacağı ilə bağlı xəbər yayımlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb…”

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, mühafizəkarlar hələlik iğtişaşları silah gücü ilə yatırmağa üstünlük verirlər: Dördpendirli pizza

“Məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır. Çünki, bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Ancaq mühafizəkarlara rəhbərlik edərlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək”.

O əlavə edib ki, Əli Xamaneinin alternativləri məhduddur:

“Bu halda ali rəhbərin alternativi çox deyil. Mərhum Xomeyni şaha qarşı mübarizəyə Paris yaxınlığından rəhbərlik edirdi. O zaman Avropada və Fransada hesab edirlər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. Ümidlər boşa çıxdı. Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çinlə kifayətlənə bilər. Bəşər Əsəd Rusiyanı seçdi, ali rəhbər də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!