İranın anti-Azərbaycan eksperti nəhayət geri çəkildi

saytların hazırlanması

Evə çatdırılma

İranın anti-Azərbaycan eksperti nəhayət geri çəkildi

Siyasət

26 Noyabr 2022 23:02 1311


Bu günə qədər dayanmadan Azərbaycana və onun Prezidentinə qarşı hədyan dolu bəyanatlar verən siyasi təhlilçi Ehsan Movəhhediyan artıq geri çəkildiyini elan edib.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, o, bu dəqiqələrdə özünün “Twitter” hesabında bunun üçün bəhanələr sayıb:

“Mənə kənardan yaradılan çoxlu narahatlıqlar, fəaliyyətimin çoxluğu və düşmənlərin sonsuz hakerlik cəhdləri və s. ucbatından hesabımı hələlik xüsusi rejimə keçirdim və fəaliyyətimi azalda yaxud tamamilə dayandıra bilərəm. pizza hut

Buna görə təəssüf edirəm və üzr istəyirəm.

Amma heç bir dəstəyi olmayan bir insan olaraq mən artıq özümü və ailəmin təhlükəsizliyini riskə ata bilmərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!