“İranın Azərbaycandakı şəbəkəsini zərərsizləşdirmək lazımdır”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“İranın Azərbaycandakı şəbəkəsini zərərsizləşdirmək lazımdır” - Deputat

Siyasət

06 Dekabr 2022 12:31 854


“İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə "Səhər" kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. O, diqqəti bir sıra bölgələrimizdə İran radiolarının Azərbaycanın efir məkanına müdaxilə etməsinə çəkib: "Burada söhbət təkcə sərhəd bölgələrindən getmir. Eyni zamanda son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır”.

C.Məmmədov qeyd edib ki, bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir: “Uzun illərdir bu barədə müzakirələr getsə də, hələlik konkret nəticə yoxdur. Bununla yanaşı, hesab edirəm İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır. Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Eyni zamanda hesab edirəm Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamətində də ciddi düşünməliyik. Bu gün dünyanın əksər ölkələri bunu edirlər”./Musavat.com  Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!