İranın azərbaycanəsilli rejissorunun filmi beynəlxalq mükafata layiq görüldü

saytların hazırlanması

Evə çatdırılma

İranın azərbaycanəsilli rejissorunun filmi beynəlxalq mükafata layiq görüldü

Mədəniyyət

24 May 2025 23:42 1036


İranın azərbaycanəsilli rejissoru Cəfər Pənahinin "Sadə təsadüf" filmi "Qızıl palma budağı" mükafatına layiq görülüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, mükafatlandırma 78-ci Kann Film Festivalının bağlanış mərasimində baş tutub.

Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir. pizza hut

Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.

2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!