İranın birinci vitse-prezidenti ABŞ xalqına müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

İranın birinci vitse-prezidenti ABŞ xalqına müraciət etdi

Dünya

14 Aprel 2026 16:51 317


“Amerikalılar Ağ Evin başqa bir dövlətə hesabat verən quruma çevrildiyi haqqında düşünməlidirlər”.

“Yeni Sabah”ın xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref sosial şəbəkə hesabında yazıb.

O, bu zaman İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamasına istinad edib. Dördpendirli pizza

Həmin açıqlamsınada B.Netanyahu bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Pakistanın paytaxtı İslamabaddan İranla danışıqlardan qayıdarkən ona məlumat verib və bunu hər gün etdiyini söyləyib.

Məhəmməd Rza Aref bu iddianı tənqid edib və vurğulayıb ki, tarixdə ilk dəfədir bir ölkənin yüksək vəzifəli şəxsi başqa bir dövlətin rəhbərinə “gündəlik brifinqlər” təqdim edir.

“Amerika xalqı anlayırmı ki, Ağ Ev faktiki olaraq başqa bir rejim üçün ‘hesabat verən quruma’ çevrilib?”, - M.R.Aref yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!