“İranın buradakı qulbeçələri narahat olub” - Politoloqdan sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“İranın buradakı qulbeçələri narahat olub” - Politoloqdan sərt sözlər

Siyasət

23 Sentyabr 2021 15:19 7762


“Azərbaycan sentyabrın 12-də Gorus-Qafan yolunda post qoyandan sonra İranın Azərbaycana qarşı xəyanəti üzə çıxdı. İndi İranın buradakı qulbeçələri də narahat olublar. Bunlar İran nə deyirsə, onu da həyata keçirməyə çalışırlar. O tərəfdən də ermənilər narahat olub. İran da bu addımları Rusiya ilə razılaşdıraraq həyata keçirir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azpolitika.info-ya müsahibəsində politoloq Cümşüd Nuriyev deyib. O, bildirib ki, İran son 30 ildə Azərbaycan sərhədlərində təlim keçirməyib. 

“Əgər, bu təlimi keçirmək lazımdısa belə, nədən Aslandüz-Ordubad hissəsi seçilib? Bu təlimləri dağ şəraitində keçirmək istəyidilərsə gedib Astara-Ərdəbil istiqamətində və ya Türkiyə sərhədində keçirə bilərdilər. Bunlar sanki belə davranışla mesaj vermək istəyirlər ki, gücümüz var, istədiyimiz zaman istədiyimiz addımları ata bilərik və s.  Dördpendirli pizza

Amma anlamırlar ki, indi XXI əsrin 21-ci ilidir. Üstəlik həm daxildə, həm də beynəlxalq müstəvidə İranın kifayət qədər problemi olduğu halda Azərbaycana əzələ nümayiş etdirməsi gülüncdür. 

Digər tərəfdən, 85 milyonluq dövlət 10 milyonluq dövlətə əzələ nümayiş etdirirsə, bu həmin dövlətin acizliyindən və cılızlığından xəbər verir. Ancaq İran anlamır ki, biz 10 milyon deyilik, 85 milyonun 45 milyonu elə İrandakı Azərbaycan türküdür, o tərəfdən də 85 milyonluq Türkiyə var. Üstəlik də 100 milyonluq Pakistan var. İran qan çanağına doğru hərəkət edir, bu, olduqca təhlükəlidir. 

Təlim keçirirlər, özləri bilər. Ancaq iş o dərəcəyə çatıb ki, Ərdəbil məscidinin imamı azərbaycanlı millət vəkilini hədələyir. Azərbaycanlı deputat “Yeni Şəfəq” daxil olmaqla hər yerə müsahibə verə bilər və öz fikirlərində də sərbəstdir. Ancaq bu məsələlərin gündəmə gəlməsi təsadüfi deyil. İranın hazırda Azərbaycana qarşı tutduğu mövqe nə dostcasına, nə qardaşcasına, nə müsəlmancasına, nə də islamcasınadır. İran dövləti fikirləşsə yaxşı olar. Müsəlman dövləti belə cılız hərəkətlər etməklə nə qazanmaq istəyir?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!