İranın cənub-şərqində yeni Çabahar kosmodromunun istifadəyə verilməsi 2024-cü ilin ikinci yarısında baş tutacaq.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İran Kosmik Agentliyinin (ISA) rəhbəri Həsən Salariye deyib.
“Çabahar kosmodromunun tikintisi artıq son mərhələdədir. Kosmodromun birinci mərhələsinin istifadəyə verilməsi gələn il (2024-cü il martın 21-dən sonra) baş tutacaq. Toyuqlu pizza
ISA rəhbərinin sözlərinə görə, İranın prioriteti dünyanın ən güclü 5 kosmik dövləti siyahısına daxil olmaqdır:
"Bu gün İslam Respublikası ən çox inkişaf etmiş kosmik proqramı olan on ölkədən biridir. Bundan əlavə, başqa dövlətlər üçün peyklərin buraxılması, layihələndirilməsi və istehsalı üzrə xidmətlərin göstərilməsi imkanları ölkənin kosmik sənayesinin inkişafı üçün hədəflərdən biridir.
H. Salariye 2024 və 2025-ci illərdə daha böyük kütlə və ölçüdə yeni biokapsulların buraxılacağını açıqlayıb.
Telegram kanalımız