İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumu nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Naxçıvan Mərkəzi Xəstəxanasının Neyrocərrahiyyə şöbəsinin baş həkimi, neyrocərrah Ramazan Abbasov “Yeni Sabah”a bildirib ki, yaralıların 3-ü artıq evə buraxılıb:
“Biri isə müalicəsini davam etdirir. Nehrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hazırda xəstəxanamızdadır. pizza hut
Digər üç yaralının vəziyyəti düzəldiyi üçün onlar artıq evə buraxılıb. Əsəd Cəfərovun hələ ki, narahatlıqları var, indidən nə isə demək çox tezdir. Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunur. İnşallah, hər şey yaxşı olar”.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Əsmətxanım Rzazadə

Telegram kanalımız