İranın energetika naziri Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

İranın energetika naziri Azərbaycana gəldi

Siyasət

05 İyul 2022 23:40 908


İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıya səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, səfər çərçivəsində Mehrabian Azərbaycanda bir sıra görüşlər keçirəcək.

Nazir səfərdən əvvəl jurnalistlərə bildirib ki, İran hökumətinin siyasəti qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələri hərtərəfli inkişaf etdirməkdir. Bu siyasətin təmini istiqamətdə iki ölkənin prezidentləri müxtəlif görüşlər keçirib. Marqarita pizza

Mehrabian qeyd edib ki, İranla Azərbaycan arasında su və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq mövcuddur: "Elektrik enerjisi sahəsində İran, Azərbaycan və Rusiya şəbəkələrinin sinxronlaşdırılması layihəsi mövcuddur. Səfər zamanı bu layihə haqqında müzakirələr aparılacaq. Su sahəsində də iki ölkənin müştərək layihələri mövcuddur. “Qız Qalası” və “Xudafərin” bəndləri üzərində elektrik stansiyasının işə salınması məsələsi də müzakirə edilir. Bu stansiyaların işə salınması ilə iki ölkə müştərək elektrik enerjisi istehsal edəcək"./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!